Photos and videos from instagram posts tagged with #instas

Championsleague, Follow4followback, Instas
11 0
My wife is a fucking champion!🔴⚫ #championsleague #follow4followback #instas #really happy 💓😍
Art, Drawing, Painter
38 5
SAKİTLİK OLMAYACAQ ... Muzeylər və "ağıllı" görüşlər?! 2-ci hissə ----- "Sənəti anlamaq çox sadədir: bir milyon şəkilləri görmək kifayətdir". Həqiqətən, bolluq deyilən bir şey var! Əlbəttə ki, bu kifayət deyil, ancaq bunu həll etməyə çalışaq! ----- Beləliklə, ən mühüm şey üslubları tanımaq və fərqləndirməkdir! İncəsənət üslubundan, əsrini, sənətkarın adını və mənasını öyrənib qəbul etmək daha asandır. Hər şey göründüyü kimi çətin deyil. Məsələn, Azərbaycan rəssamı Əşrəf Muradın taleyinin, Van Gogun taleyinnən oxşar olduğunu bilirdinizmi? Bu gün Rəngkarlıq muzeyində oldum, çoxdandır ki, getmək istədiyim "Sevgi və etiraz" adlı retrospektiv sərgi var idi. Getdimmi? - Bəli getdim. Əşrəf Murad bu adı lap çoxdan ADRA -ya ilk qəbul olduğum illərdə eşitmişdim. Bu gün isə əsərləri canlı gördüm. Sovet dövrünün nonkonformist rəssamının, həm Azərbaycanın, həm də xarici ölkələrin ictimai və fərdi kolleksiyalarından toplanmış 50-ə yaxın əsərləri nümaiş olunurdu. İlk böyük miqyaslı sərgisidir. Əşrəf Muradın ilk fərdi sərgisi isə ölümündən 5 il sonra olmuşdur. Daha çox insan fiqurlarını, cansız əşyaları çəkən rəssamın, şah əsərləri rejim liderlərinin portretləri sayılır. 1960-cı illərin sonunda Əşrəf Murad həyatında faciəvi hadisədən sonra rəngkarlıq üslubunu və həyat tərzini kəskin olaraq dəyişir. Dramatik çalarlardan istifadə etməyə başlayır. Əsərlərinə xüsusi maraq isə 2013-cü ildə Sotheby's auksionunda Napoleon əsərinin nümaişindən sonra başlayır. İndi isə əsas mövzular haqqında qısaca: (karuselin nümunələri) ▪️Əsərin müəllifi- Əşrəf Murad ▪️Əşrəf Murad 1954-cü ildə İ.Y.Repin adına Lelinqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır. ▪️Bəli rejim liderlərinin portretləri, şah əsərləri sayılır. ▪️Napaleon. ▪️ Doğrudur, Sevinc adlı qıza ünvanlanmamış məktublar yazıb. ▪️Qara eynəkli qız. “XX -XXI əsr Azərbaycan rəngkarlığı” muzeyinin kuratoru Nərminə İbrahimliyə təşəkkür edirəm. #art #drawing #painter #brush #pallette #sketch #fineart #artist #oilpainting #oil #oilpastel #loveart #sketchbook #azstagram #baku #azektive #azeactive #aztagram #instagram #insta #instag #instasize #instas #azeaktiv #azerbaycan #sweden #stockholm
Next page